Qırmızı.az
Suriyada öldürüldüyü deyilən azərbaycanlılar barəsində şok - İDDİALAR
Əsəd cəbhəsindən “qara kağız”ı gələnlərin sağ olduğu deyilir; Ağır cinayətlərə görə beynəlxalq axtarışda olan bir neçə vətəndaşımız təqibdən yaxa qurtarmaq üçün mücahidlərin saytlarında özlərini “öldürtdürüb” başqa kimlik almağa çalışırlar; şəxsin ölmüş elan olunmasının isə öz qaydaları var.
Son vaxtlar Suriyada, Əfqanıstanda döyüşən azərbaycanlılar
arasında ölənlərin sayının artması haqda xəbərlərlə bağlı sensasion
məqamlar var. “Yeni Müsavat”a daxil olan məlumata görə, Yaxın və
Orta Şərqdən gələn bu tip xəbərlərin heç də hamısı doğru deyil. Bu
barədə məlumatlar əldə edən mənbənin bildirdiyinə görə, son günlər
demək olar ki, hər gün ya Suriyada, ya Əfqanıstanda döyüşən bir
neçə azərbaycanlının öldürülməsi xəbərinin gəlməsi hakimiyyətin
müvafiq strukturlarının araşdırmalar aparmasına səbəb olub.
Bu araşdırmalar zamanı sensasion məqamlar ortaya çıxıb. Bura
Suriyaya və digər ölkələrə döyüşməyə gedən azərbaycanlıların necə
müəyyənləşdirilməsinin, təlimatlandırılmasının,
maliyyələşdirilməsinin, bu işlərin kimlər tərəfindən həyata
keçirilməsinin üzə çıxması ilə bərabər öldürülməsi xəbəri
yayılanlarla da bağlı bir sıra məlumatların aşkarlanması
daxildi.
Mənbənin sözlərinə görə, bəlli olub ki, son vaxtlar bu cür
döyüşlərdə öldürüldüyü bildirilən bir sıra şəxslər nə Suriyada
olublar, nə də Əfqanıstanda. Ona görə də onların öldürülməsi xəbəri
yalandı.
Məlumatda bildirilir ki, həmin şəxslər ağır cinayət hadisələri
törətdiklərindən uzun müddətdir axtarışdadırlar. İndi fürsətdən
istifadə edərək müəyyən dairələrin əli ilə guya Suriyada, ya da
Əfqanıstanda döyüşdükləri, mücahidlərin dəstələrində olduqları və
öldürüldükləri barədə məlumat yayırlar.
Bu barədə danışan mənbə bir neçə məqama diqqət çəkməyi vacib sayır.
Onun sözlərinə görə, öldürülməsi xəbəri yayılan şəxslərin bir
çoxunun rəsmi adı açıqlanmır, onların ləqəbləri göstərilir.
Bəzilərinin isə adı, soyadı, atasının adı, doğum tarixi, ev ünvanı
dəqiqliklə göstərilir. Hətta həmin şəxslərin ən müxtəlif vaxtlarda
çəkilən şəkilləri operativ şəkildə yayılır. Bu məqamları bizimlə
bölüşən mənbə deyir ki, öldürülməsi xəbəri yayılan və kimliklərinə
dair bütün məlumatlar açıqlanan, şəkilləri yayılan belə şəxslərin
arasında, öldürülməsi xəbəri doğru olmayan və Azərbaycanda ağır
cinayətlər törətdiklərinə görə axtarılan şəxslər də var.
Onlar bununla barələrində açılan cinayət işindən və axtarışdan yaxa
qurtarmaq, sonradan başqa adla hansısa ölkədə rahat yaşamaq
istəyirlər. Məlumatda bildirilir ki, bunun üçün xeyli pul
xərcləyirlər.
Qeyd edək ki, son bir həftədə Suriyada və Əfqanıstanda öldürülməsi
xəbəri gələn bir neçə nəfərin axtarışda olduğu rəsmən təsdiqlənib.
Hətta onların İnterpol xətti ilə axtarılmasına dair fotolar da
yayılıb. /Yeni Musavat/
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı