Bulvardakı qan izlərinin sirri açılıdı - AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Bulvardakı qan izlərinin sirri açılıdı - AÇIQLAMA

Mirsalam Qəmbərov: "Biz nümunə götürmüşük, sabah nümunələr təhlil olunacaq”

Mirsalam Qəmbərov: "Biz nümunə götürmüşük, sabah nümunələr təhlil olunacaq”

Bulvar ərazisindən Xəzər dənizinə axıdılan qırmızı mayenin qan olduğu təsdiqlənib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirsalam Qəmbərov açıqlamasında, dənizə axıdılan qanın qəssabxanalarda kəsilən mal-qaranın qanı olduğunu söyləyib: “Bizim ilkin məlumatlarımıza görə, bu qan qəssabxanalardan və müxtəlif heyvan kəsilən yerlərdən axıdılan qandır. Biz nümunə götürmüşük. Sabah nümunələr təhlil olunacaq. Götürülən qanın bütün parametrləri təstiq olunandan sonra konkret tədbirlər görəcəyik”.

M.Qəmbərov bildirib ki, dənizə qan axıdan şəxslər barəsində nazirlik tərəfindən xüsusi tədbirlər görüləcək: “Həmin şəxslər barəsində İnzibati xəta haqqında protokol tərtib olunacaq. Və həmin insanlar, fiziki və ya hüquqi şəxslər, bizə verilən səlahiyyət çərçivəsində öz cəzasını alacaqlar. Onlar barəsində cərimə qərarı tətbiq olunacaq. Bunu edən insanlar qanmalıdırlar ki, yağış suyu kollektorlarına özbaşına müdaxilə etmək olmaz”. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm