Millət vəkili Tovuzda iş adamlarını kitab evləri, kitab dükanları açmağa çağırıb
Bizi izləyin

Qırmızı.az

Millət vəkili Tovuzda iş adamlarını kitab evləri, kitab dükanları açmağa çağırıb

Tovuz rayonun kəndlərində millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu kitabların “Məndən sonra …”, “Səndən sonra …”, “O…” , “Dünyanı dəyişən alimlər”, “Hesab vaxtı” , “Aşk deyince ötesini arama …” kitablarının təqdimatı keçirilib.

Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağın meyilli olması əsas şərtdir deyən millət vəkili Qənirə Paşayeva inkişafın yolunun kitabdan, oxumaqdan, öyrənməkdən keçdiyini deyib və bildirib ki, artıq 10-a yaxın kənddə kitablarının təqdimat və imzalanmasının keçirilməsi və ğözəlliklə gənclərlə kitablarla bağlı müzakirə etməkdən böyük məmuniuuət duyur.

Tovuz rayon icra hakimiyyəti başçısının və rayon ictimaiyyətinin iştirakı ilə bir neçə gün əvvəl keçirilmiş hesabat toplantısında da rayon rəhbərliyinə və iş adamlarına üz tutaraq kitab evlərinin, dükanlarının rayonda açılmasına böyük ehtiyac olduğunu söylədiyini deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, rayonda və kəndlərdə ziyalılarla, yazarlarla, şairlərlə görüşlərin keçirilməsi, kitab təqdimatı və imzalanmalarının təşkil olunması bölgələrdə gənclər arasında kitab oxumağa meyilliyin artırılması istiqamətidə müsbət addım olardı. Oxumaq, öyrənmək ən böyük zənginlikdir deyən millət vəkili Qənirə Paşayeva gəncləri çoxlu kitab oxumağa çağırıb və kənd ziyalılarını da gənclər arasında bu meyilliyin artmasında daha çox çalışmağa çağırıb.

O, Tovuzda bu istiqamətdə tədbirlərin artmasına bundan sonra da əlindən gələn dəstəyi əsirgəməyəcəyini deyərək müəllifi olduğu kitablar barədə geniş məlumat verib, sualları cavablandırıb və müəllifi olduğum kitablar "sizin xoşuna gələrsə, bundan məmnun qalaram" - deyib Millət vəkili Qənirə Paşayeva bütün rayon ziyalılarını gənclərin kitab oxumasına meylliyinin artması istiqamətində fəal olmağa çağırıb: “Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması istiqamətində daha çox işlər və layihələr həyata keçirməliyik,”, – millət vəkili Qənirə Paşayeva deyib.

Kitabı ən qiymətli hədiyyə adlandıran millət vəkili Qənirə Paşayeva tədbirin sonunda müəllifi olduğu kitabları imzalayaraq kənd sakinlərinə, gənclərə hədiyyə edib. Bundan başqa millət vəkili 10-a yaxın kəndin kitabxanasına müxtəlif nmüəlliflərə aid çoxlu sayda kitablar da hədiyyə edib və gəncləri onları oxumağa çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm