Dəhşət: Biz bu toyuqları yeyirik – VİDEO
Bizi izləyin

Qırmızı.az

Dəhşət: Biz bu toyuqları yeyirik – VİDEO

Toyuq təbii yolla 12-16 həftəyə böyüməlidir, fabrikdə isə 5 həftə ərzində 1 kilodan çox çəkiyə sahib olur.


Süni yolla yetişdirilmiş toyuqlara kimyəvi maddələr vurulduğu sirr deyil. Buna dair şok video yayılıb.


Axar.az xəbər verir ki, redaksiyanın elektron ünvanına göndərilən görüntülərdə toyuqlara iynə vurmaqla onu necə şişirtdikləri açıq-aydın əksini tapıb. Görüntülərdən aydın olur ki, gündəlik istifadə olunan toyuq məhsullarının tərkibinə onun çəkisini artırmaq üçün zərərli maddələr vurulur. Hətta bu toyuqların xərçəng xəstəliyi də yaratdığı iddia olunur.


Bu mövzuda ətraflı araşdırmalar aparan İstanbul Universitetinin nəzdindəki Onkologiya İnstitutunun müəllimi Yavuz Dizdar dəfələrlə açıqlama verərək xərçəng xəstəliyi ilə broyler toyuqlarından hazırlanmış qida arasında əlaqə olduğunu söyləyib. Alimin sözlərinə görə, sümükləri inkişaf etməsin, sadəcə ətə dolsun deyə toyuqlar eynən tarladakı pomidorlar kimi heç tərpənmədən yetişdirilir.


Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov da broyler toyuqlarından mümkün qədər az istifadənin tərəfdarıdır.

Bu olayın hansı broylerdə baş verdiyi qeyd olunmayıb.

Axar.az toyuqların süni yolla necə yetişdirilməsinin kadrlarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm