• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakıda IV Vergi Forumu keçirilir - YENİLƏNİR

Bakıda IV Vergi Forumu keçirilir - YENİLƏNİR

Tərəfdaş ölkələrdə baş verən proseslər Azərbaycandan yan ötməyəcək

Dünyada, xüsusilə də yaxın tərəfdaş ölkələrdə baş verən proseslər heç də Azərbaycandan yan ötməyəcək.

Publika.az xəbər verir ki, bunu vergilər naziri Fazil Məmmədov jurnalistlərin suallarına cavab verərkən bildirib.O qeyd edib ki , aparılan iqtisadi siyasət bütün bu təsirləri minimum endirmiş olacaq.Vergi daxilolmaları ilə bağlı yaranacaq problem minimum olacaq: Cənab prezidentin bu yöndə iqtisadi siyasət planı var. Həm də Vergilər Nazirliyi qarşısında vəzifələr qoyulub. Həmin plan əsasında vergilər nazirliyi 2015-ci ildə fəlaiyyətini davam etdirəcək”.

***

Azərbaycanın Vergilər Nazirliyi vergi ödəyicilərinə 59 növ elektron xidmət göstərir ki, bu da dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin ən geniş çeşididir.

Publika.az-ın məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov Bakıda “Azərbaycanda vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda keçirilən IV Vergi Forumunda bildirib. O qeyd edib ki, Azərbaycanda sahibkar vergi orqanına getmədən bütün öhdəliklərini internet vasitəsilə yerinə yetirə bilər: "Vergi bəyannamələrinin təqdimatı, vergi öhdəliklərinin icrası, istifadəçiləri vergi orqanı ilə bağlayan bütün proseslər elektronlaşdırılıb. Vergiödəyicilərin təxminən 90 faizi vergi bəyannamələrini elektron formada təqdim edir”.

Nazirin dediyinə görə, mövcud olduğu 15 il ərzində Vergilər Nazirliyində ölkənin uzunmüddətli strateji inkişafının planlaşdırılması hədəflərinə cavab verən davamlı vergi sistemi yaradılıb: "Azərbaycanın vergi sistemi əsaslı modernləşdirmə prosesindən keçib, vergi sisteminin texniki imkanların geniş diapazonuna malik texnoloji bazası yaradılıb. Bu gün Azərbaycanın vergi sistemi vergiödəyicilərə dünyanın ən qabaqcıl ölkələrində tətbiq edilən vergi xidmətləri göstərir.ƏDV inzibatçılığının təkmilləşdirilməsi istiqamətində innovasiya uğurları tətbiq edilib. ƏDV depozit hesabının, elektron hesab-fakturaların tətbiqi, real vaxt rejimində banklarla inteqrasiya, nəzarət–kassa aparatlarında məsafədən ötürmə qurğularından istifadə, vergi orqanları və vergiödəyicilər arasında elektron yazışma sisteminin təmin olunması, vergilərin elektron ödənişinin aparılması sisteminin tətbiqi onların arasındadır. Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan vergiödəyicilərin elektron qeydiyyatı sisteminin uğurlu tətbiqinə görə dünyanın 12 lider dövləti sırasındadır”.

****

2015-2016-cı illərdə dünyada iqtisadi artım tempi azalacaq.Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, dünya üzrə iqtisadi artım 2015-ci ildə 3,5 faiz olacaq.

Publika.az-ın məlumatına görə bunu iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirib. O qeyd edib ki, azalma Çin,Rusiya, Yaponiya iqtisadiyyatlarındakı situasiya ilə bağlı olacaq. Azərbaycanın makroiqtisadi göstəricilərinə toxunan nazir müavini qeyri-neft sektorunun 7 faiz artdığını deyib. Məlum olub ki, ötən il ölkəyə 27 milyard dollar həcmində investisiya qoyulub.

Vegilər Nazirliyinin yaradılmasından ötən 14 il ərzində nazirliyinin xətti ilə büdcəyə daxilolmalar 13,9 dəfə artıb:Qeyri-neft sektorundan daxilolmalar 14,4 dəfə,regionlardan daxilolmalar 14.8 dəfə artıb".

****

Vergilər Nazirliyinin yaradılmasının 15 illik yubleyinə həsr olunmuş "Azərbaycanın vergi sistemi:reallıqlar və perespektivlər"mövzusunda IV Vergi Forumu öz işinə başlayıb.

Publika.az xəbər verir ki, formun plenar iclasında Milli Məclisin Nazirlər Kabinetinin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri iştirak edib. İclasds nazirliyin 15 illik fəaliyyəti müzakirə edilib.

Tədbirdə çıxış edən Ziyad Səmədzadə vergi bazasının gücləndirilməsi dən danışıb. Deyib ki son 10 ildə kənd təsərrüfatı vergiyə cəlb edilsəydi 1,7 milyard vergi daxil olardı.

O həmçinin əmək müqavilələrindən söz açaraq bu sahədə nəzarətin artırılnadından sonra vergi daxilolmalarında artım baş verdiyini deyib.

İqtisadiyyat şöbəsi

***

Bu gün Bakıda Vergilər Nazirliyinin yaradılmasının 15 illik yubileyinə həsr olunmuş “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda 2 günlük IV Vergi Forumu öz işinə başlayıb.

Teleqraf.com-un məlumatına görə, Forumun Plenar iclasında Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, digər dövlət orqanlarının, Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, Avropa Birliyinin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Rusiya, Türkiyə, Litva və Qazaxıstanın vergi xidməti orqanlarının, yerli bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin, kütləvi informasiya vasitələrinin nümayəndələri və iş adamları iştirak edir.

Tədbirdə giriş sözü ilə çıxış edən Milli Məclisin iqtisadi-siyasət komitəsinin sədri Ziyad Səmədzadə ölkədə vergi sisteminin yaradılmasını iqtisadiyyat üçün əhəmiyyətli hadisə adlandırıb.

Forum öz işini sessiyalarda davam etdirəcək.

Forum çərçivəsində vergilər naziri Fazil Məmmədov kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirəcək və jurnalistləri maraqlandıran sualları cavablandıracaq.

****

“Müasir dövrdə həm biznes qurumları, sahibkarlar, həm də vergi orqanları qarşısında yeni çağırışlar dayanır. “Azərbaycan 2020: gələcəyə baxış” Konsepsiyası olkə iqtisadiyyatı qarşısında dünyanın inkişaf etmiş dovlətləri sırasına daxil olmaq kimi mühüm bir vəzifə muəyyənləşdirib. Bu isə yuksək rəqabət qabiliyyətli, yeni texnologiyalara əsaslanan innovasiya yönümlü bilik iqtisadiyyatının yaradılmasını zəruri edir”.

Teleqraf.com-un məlumatına görə, bunu “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda IV Vergi Forumunda çıxış edən vergilər naziri Fazil Məmmədov deyib: “Hazırda biz bu Konsepsiya ilə bağlı qəbul etdiyimiz, 2013-2020-ci illəri əhatə edən Strateji Planın uğurla reallaşdırılması üçün fəal iş aparırıq. Yaxın gələcəkdə İT-təməlli və bilik menecmentinə əsaslanan müasir vergi inzibatçılığının inkişaf etdirilməsi, onun şəffaflığının və yüksək səmərəliliyinin təmin edilməsi yenə də prioritet olacaq.

Müasir vergi administrasiyalarında yeni analitik və informasiya texnologiyalarından sərbəst istifadə etməyi bacaran və yüksək biliklərə malik kadrlar vergi orqanlarının dayanıqlı inkişafını və dövlət qarşısında öz funksiyalarının layiqincə yerinə yetirilməsini təmin edir. Bu baxımdan Vergilər Naziriyi insan resurslarının idarə olunmasının təkmilləşdirilməsini davam etdirəcək. Bu məqsədlə artıq Avropa Birliyi, Fransa və İspaniya vergi administrasiyaları ilə birlikdə yeni tvinninq layihəsinin də reallaşdırılmasına başlanılıb.

Fürsətdən istifadə edərək bu layihəyə verdiyi dəstəyə görə, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir xanım Malena Marda bir daha təşəkkürlərimi çatdırmaq istədim”.

Nazir Vergilər Nazirliyinin təkcə vergi sisteminin informasiya-analitik potensialının gücləndirilməsi ilə deyil, vergi xidmətinin dolayısı ilə birbaşa fiskal maraqları olan sahələrdə də inkişaf proseslərinə dəstək verdiyini vurğulayıb

Xəbər lenti

DAHA ÇOX XƏBƏR