Lamiyənin anasından Aslanov barədə tükürpədən ittihamlar
Bizi izləyin

Qırmızı.az

Lamiyənin anasından Aslanov barədə tükürpədən ittihamlar

Lamiyə Quliyevanın anası Kifayət Quliyeva “Musavat.com”a geniş müsahibə verib.

Axar.az xəbər verir ki, K.Quliyev Lamiyənin Aslan Aslanovun oğlu Ruslan tərəfindən bədbəxt edildiyini bildirib:

“13 yaşında bu işi başına gətirdi. Onun oğlunun əlindən uşağı məktəbə də qoymurdum. Uşağımı pisikdirirdi, başından vururdu, saçından dartırdı, qulağını bururdu.

Ağlaya-ağlaya neçə dəfə gəlib demişdi ki, mama, Ruslan məni qoymur məktəbə girməyə, uşaqların içində məni pisikdirir. Bir gün də məni məktəbin direktoru çağırdı ki, ay bacı, mən sənin yoldaşını tanıyıram, amma Ruslanın atasından da qorxuruq. Direktor dedi ki, qoy Lamiyə çıxıb 1 ay evdə otursun, bəlkə Ruslan ondan əl çəkər.

Evə gələndən sonra Ruslanın anasının telefonunu axtardım. Evlərinə zəng eləyib dedim ki, oğlunuza deyin Lamiyədən əl çəksin”.

K.Quliyeva deyib ki, qətl hadisəsi Ruslanın Vüqarı bezdirməsindən sonra baş verib. Bu qətl isə onların bütün həyatını dəyişib:

“Özümü də atası türməyə saldırdı. Bacımın oğlunu 7 il türmədə oturtdu. Aslan deyirdi ki, evinizdə bir kişi yoxdur ki, ondan heyfimi çıxam. Mənim özümü də həbsdən çıxmağa qoymurdu.

Deyir ki, anası da tutulmalıdır. Qohum-əqrəba qorxusundan bizə gəlmirdi. İndi Aslan ANS-ə çıxıb deyir ki, mən günahsız heç kimə iş verdirməmişəm, heç kimi tutdurmamışam. Yalan deyir... Onu millət tanıyır. O Şəmkərə qan uddurub gedib”.

Anası Lamiyənin zorlandığını bilmədiyini deyib:

“Həmin gün axşam idi, baxdım ki, Lamiyə evə girdi. İçəri girəndə dedi ki, Vüqarla idi. Sonra bildim ki, hadisəni eləyib gəlib. Əli kəsik idi.

Dedi ki, məktəbin yanında Vüqarla gələndə 2-3 nəfər qabağımızı kəsdi. Onları vurduq. Vüqara dedim niyə apardın onu ki, bu hadisə də baş versin”.

Xatırladaq ki, L.Quliyeva və onun nişanlısı olmuş V.Əliyev 2003-cü ilin mayında, o dövrdə Şəmkirin icra başçısı olan Aslan Aslanovun oğlu Ruslanı öldürməkdə suçlu biliniblər. L.Quliyeva 10 il, V.Əliyev isə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.

L.Quliyevanın həbs müddəti 2013-ci ildə 5 il 6 ay müddətinə uzadılıb. Əgər bu qərar olmasaydı, 15 yaşında həbs olunan məhkum qadın 2013-cü ilin mayında azad olunmalı idi. Belə iddialar var ki, L.Quliyevanın həbs müddəti A.Aslanovun sifarişi ilə uzadılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm