Hüseyn Cavid parkındakı cinayətin üstü açıldı
Bizi izləyin

Qırmızı.az

Hüseyn Cavid parkındakı cinayətin üstü açıldı

Bakıda 15 yaşlı yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Publika.az-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirlir ki, fevralın 7-də saat 19 radələrində, Hüseyn Cavid prospektində yerləşən parkda Bakı şəhər sakini 2000-ci il təvəllüdlü Eltac Allahverdiyevə bıçaqla ağır bədən xəsarəti yetirilib.

Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Gündüz İmanov tutulub.

Faktla əlaqədar araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm