Zaqatalada qəza: 3 ölü
Bizi izləyin

Qırmızı.az

Zaqatalada qəza: 3 ölü

Zaqatalada 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, fevralın 7-də saat 23 radələrində Zaqatala şəhərində rayon sakini İlkin Ömərov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə onun sərnişinləri Şamil Poladov, Camal Bağmanov və onun qardaşı Emin hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm