Azərbaycanda vəhhabi iki mağazanı soydu – ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda vəhhabi iki mağazanı soydu – ÖZƏL

Azərbaycanda vəhhabi mağazadan oğurluq etdiyi üçün həbs olunub.


Publika.az-ın əldə etdiyi məlumata görə, Xaçmaz rayonu Müqtədir qəsəbə sakini Ramiz (soyadını dəqiqləşdirə bilməmişik – red.) adlı şəxs iki mağazanı yarıb.


Dini əqidəsinin vəhhabilik olduğu deyilən şəxs soyduğu mağazaların birində 500 manatlıq simkart, digərindən isə iki min manat pul, həmçinin külli miqdarda ərzaq oğurlayıb.


Məlumata görə, hüquq-mühafizə orqanları oğurluq edən şəxsi saxlayıblar.


Bu fakt vəhhabilər arasında ciddi qarışıqlıq yaradıb. Onlar bildiriblər ki, Allaha bağlı şəxs heç bir halda oğurluq etməməlidir.


Asif Nərimanlı



Oxumağa davam et
Reklam
Reklam

Gündəm