Fazil Məmmədov: “Daşınmaz əmlakın satışından vergi tutulacaq”
Bizi izləyin

Qırmızı.az

Fazil Məmmədov: “Daşınmaz əmlakın satışından vergi tutulacaq”

"Əgər satılan əmlak öz dəyərindən baha qiymətə satılsa və gəlir əldə olunarsa, mülkiyyətçidən mənfəət vergisi də alınacaq".


Publika.az xəbər verir ki, bunu Bakıda keçirilən Vergilər Nazirliyinin yaradılmasının 15 illik yubileyinə həsr olunmuş “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda 2 günlük IV Vergi Forumunda nazir Fazil Məmmədov deyib.


Nazir qeyd edib ki, daşınmaz əmlakın ƏDV vergisinə cəlb edilməsi yeni deyil: “Sadəcə olaraq, əvvəllər əmlakın uçotu yox idi. İndi isə artıq bütün alqı-satqılar notarial qaydada rəsmiləşdirilir. Həmin notarial münasibətlər hesabat formasında Vergilər Nazirliyinə təqdim edilir. Nazirlikdə baza var və artıq ötən ilin əvvəlindən bu prosesə başlanılıb".

Məlum olub ki, daşınmaz əmlak öz qiymətinə satıldığı halda əvvəlki olduğu qiymətlə əlavə dəyər vergisi arasında yaranan fərq tutulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm