Bakı avtobusunda əlbəyaxa dava: bir qadın, bir kişi, bir şapalaq - VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakı avtobusunda əlbəyaxa dava: bir qadın, bir kişi, bir şapalaq - VİDEO

Yol qaydalarının pozulması, sürücülərin kobudluğu və sair kimi mövzuları ilə gündəmdən heç düşməyən Bakı avtobuslarında artıq sərnişin ədəbsizliyi yayılır.

Publika.az-ın milli.az-a istinadən verdiyi məlumata görə, bir neçə gün öncə Bakının 28 May küçəsində 133 saylı avtobusun sərnişinləri arasında əlbəyaxa dava düşüb. Yaşlı kişi ətrafdakı insanları nəzərə almayaraq hər kəsdən öncə marşruta soxulmaq istəsə də, bu cəhdi alınmayıb.

Ətrafındakı xanımlara məhəl qoymayan şəxs avtobusa birinci minmək istərkən hər kəsin etirazına səbəb olub. Qadınlardan birinin qucağındakı uşağın kişiyə qəfildən dəyən şapalağı isə onu özündən çıxarıb.


Qışqır-bağır salan həmin adam geriyə dönərək qadına təhqirlər yağdırıb. Avtobusun pilləkənlərindən enən qadın və kişi əlbəyaxa davaya başlayıblar.


Oxucularımızdan biri həmin səhnənin qısa görüntüsünü çəkərək saytımıza yollayıb. Davadan olan kadrları sizə təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm