Yüzlərlə polis maşını Azadlıq meydanında – FOTO
Bizi izləyin

Qırmızı.az

Yüzlərlə polis maşını Azadlıq meydanında – FOTO

Bakının Neftçilər prospektində çoxlu sayda polis toplaşıb. Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Azadlıq meydanında Post Patrul Xidməti və Dövlət Yol Polisi avtomobilləri bir neçə sıra düzülüb. Məlumata görə, avtomobillərin sayı 100-ü ötür. Şahidlərin Oxu.Az-a bildirdiklərinə görə, yığılmış avtomobillər yeni alınıb və sabah Daxili İşlər Nazirliyinin müvafiq bölmələri arasında paylaşılacaqlar.

***

Əldə etdiyimiz məlumata görə, paytaxt polisinin bütün xidməti avtomobilləri meydana daxili işlər naziri Ramil Usubovun göstərişi ilə yığılıb. Məqsəd onlara baxış keçirməkdir. Baxışdan sonra bütün PPX və YPX maşınları dəyişdirilərək yeniləri ilə əvəz olunacaq. Sayt Azadlıq meydanında DYP əməkdaşlarından öyrənə bilib ki, bu il iyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarına qədər DİN-in bütün avtoparkı yenilənəcək, polislərin bütün xidməti maşınları yeniləri ilə əvəz olunacaq. Bugünkü “maşın toplantısı” da bu istiqamətdə atılan ilk addımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm