• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Masazırda dəhşətli qəza: Çoxlu yaralı var - VİDEO

Masazırda dəhşətli qəza: Çoxlu yaralı var - VİDEO

Abşeron rayonu Masazır qəsəbəsindəki Duzlu Göl yaxınlığında dəhşətli yol qəzası baş verib.

Hadisə zamanı "MAZ", "OPEL" və "Moskviç" markalı avtomobillər toqquşub.

Aktual.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, qəza "MAZ" markalı avtomobilin sürücüsünün yol hərəkəti zamanı düzgün manevr etməməsi səbəbindən baş verib.

Nəticədə hər üç avtomobildəki sərnişinlər ağır yaralanıb. "OPEL" markalı avtomobildə olan 4 sərnişinin vəziyyəti isə daha ağır qiymətləndirilir.

Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdirilıblar.

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR