• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Telefon oğurladı, dostunu bıçaqladı, tələbə qızı zorladı - Yasamal yataqxanasında ŞOK OLAY

Telefon oğurladı, dostunu bıçaqladı, tələbə qızı zorladı - Yasamal yataqxanasında ŞOK OLAY

1991-ci ildə Füzuli rayonunda anadan olan Ədalət Quliyev 2010-cu ildə narkotik vasitə saxladığı üçün Yasamal Rayon Məhkəməsinin hökmü ilə məhkum olunub. 2 il həbsxana həyatı yaşayan Ədalət 2013-cü ildə daha ağır cinayət törədib. O, yetkinlik yaşına çatmayan Ləmana (ad şərti verilib) təcavüz edib.

Publika.az xəbər verir ki, 18 sentyabr 2013-cü il tarixdə, gecə saat 04.00-da radələrində Kərim Baxşəliyevin idarə etdiyi “VAZ 2106” markalı taksi maşını ilə Yasamal rayonu, Nərimanov prospekti ilə keçərkən bir qız özünü onların hərəkət etdiyi yola atıb. Ləman döyuldüyünü və zorlandığını deyərək, Ədalətdən kömək istəyib. Yetkinlik yaşına çatmayan qız Ramanı qəsəbəsinə aparılmasını xahiş edib.

Bu zaman Ədalət qıza adının Elşən olduğunu deyərək, ona kömək vəd edib və qızı aldadaraq özünün yaşadığı Yasamal rayonu, Şərifzadə küçəsi 1-də yerləşən Azərbaycan Texniki Universitetinin yataqxanasına gətirib. O, yaşadığı evdə qızın ağzını bağlayaraq, ona qarşı seksual hərəkətlər edib. Ədalət Ləmanla bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Ədalət Quliyevin növbəti cinayəti həmin ilin dekabrın 22-də olub. O, Tural Əkbərlinin etibarından sui-istifadə edərək 200 manat dəyərində “Blackberry” markalı mobil telefonunu ələ keçirib.

Ədalət Quliyev fevralın 26-da isə daha ağır cinayətin törədilməsinə səbəb olub. O, həmin gün saat 23.30-da yaşadığı Yasamal rayonu, Şərifzadə küçəsi 1 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin yataqxanada olarkən spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə həyətə düşən Ədalət heç bir əsaslı səbəb olmadan Nicat Abbasovla mübahisə edib. O, əvvəlcə Nicatı söyüb, daha sonra ona yumruq zərbələri vurub. Bununla kifayətlənməyən Ədalət üzərində olan bıçaqla Nicat Abbasovun bel nahiyyəsindən zərbə endirib.

5 maddəli cinayət işi

Nicat Abbasova vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Nicat Abbasovu bıçaqla vurduğu üçün həbs olunan Ədalət Quliyevin seksual xarakterli zorakılıq və dələduzluq cinayətlərinin də üstü açılıb.

Publika.az xəbər verir ki, Ədalət Quliyev Cinayət Məcəlləsinin 145.2.3-cü (yetkinlik yaşına çatmayan şəxs barəsində qanunsuz azadlıqdan məhrum etmə), 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək), 178.1-ci (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) , 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törətmək) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rauf Əliyevin icraatına verilib.

“Ləman zorlandığını və döyüldüyünü bildirdi”

Ədalət Quliyev məhkəmədə verdiyi ifadəsi zamanı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 19 sentyabr 2013-cü il tarixdə, saat 03.00-da Nurlan və Kərimlə Mili Parkın yaxınlığında gəziblər. Onun sözlərinə görə, Kərimin idarə etdiyi avtomobillə daha sonra Statistika Komitəsinin yanında Nərimanov heykəli istiqamətində hərəkət edərkən bir qız özünü avtomaşının qabağına atıb: “Kərim avtomaşını saxladıqdan sonra aşağı düşdüm və qıza yaxınlaşdım. Ondan nə üçün belə hərəkət etməsinin səbəbini soruşdum. Qız ağlaya-ağlaya onu tanımadığı şəxslərin döydüklərini və zorladıqlarını, başına sidik tökdüklərini bildirdi. Özünü Ləman (ad şərtidir – red.) kimi təqdim edən qız məndən kömək istədi. Ondan ev telefonunun nömrəsini soruşdum. Dedi ki, ev nömrəsini bilmir. Sonra Ləman əl-üzünü və paltarlarını yumaq üçün su tapmağımı istədi. Mən də onu yataqxanaya apardım. Oradan isə Ləmanı yataqxanadakı otağıma gətirərək, əl-üzünü yuması və əyin-başını təmizləməsi üçün su gətirdim. Sonra yenidən Ləmanı otaqdan çıxararaq, yataqxananın həyətinə düşürdüm. Aşağıda Ləman bir mobil telefon nömrəsini dedi, həmin nömrəyə zəng etdim. Amma cavab verən olmadı. Bir az keçəndən sonra Ləmanın bildirdiyi nömrədən zəng gəldi, telefonu danışmaq üçün Ləmana verdim. Ləman telefonla danışaraq olduğu yer barədə məlumat verdi”.

“Ləmana kömək etmişəm”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Ləmanı yataqxananın həyətində qoyaraq, özü yataqxanadakı otağına gedib: “Mən Ləman ilə yaşadığım evə gələrkən anam Bədir Qasımova otaqda yatıb. Mənim Ləman ilə mətbəxə gəlib-getməyimdən anamın xəbərə olmayıb. Həmin günü saat 06.00-da yatmaq üçün yenidən yataqxanadakı otağına gələndə gördüm ki, anam yuxudan oyanaraq meyvə satmaq üçün Yasamal bazarına gedib. Mən isə saat 12.00-da yuxudan oyandım və anamın yanına gedərək ona kömək etdim. Ləmanı yaşadığmı otaqda olarkən döyməmişəm, ağız nahiyyəsinə lent yapışdırmamışam, əllərini iplə bağlamamışam. Ona yalnız kömək etmişəm”.

“Polis işçiləri məni tapmasın deyə evə gəlmədim”

Təqsirləndirilən şəxs ifadəsində həmçinin Tural adlı şəxsdən telefonu danışmaq üçün aldığını bildirib. O qeyd edib ki, həmin telefonla bir-iki yerə zəng edib və danışmağa başlayıb: “Həmin gün də Turaldan telefonu danışmaq adı ilə aldım. Həmin vaxt çox təcili işim olduğundan və Turalın başı qarışıq olduğundan, oradan uzaqlaşıb. Tural həmin gecə bir neçə dəfə mənə zəng etdi. Ona hamamda olduğumu və az sonra yataqxanaya qayıdacağımı bildirdim. Yataqxanaya gecə saatlarında gəldiyimdən və telefon sönülü olduğundan, onu Turala qaytara bilməmişəm. Bu səbəbdən də, telefonu evdə qoydum. Növbəti gün səhər saatlarında evdən çıxdım. Polis işçilərinin məni tapa bilməməsi üçün bir neçə gün evə qayıtmamağa qərar verdim. Anam rayonda olduğundan, telefonu evdən götürə bilməmişəm. Anam qayıtdıqdan sonra telefonu götürüb, Turala qaytarmışam”.

“Nicatla salamlaşdıqdan sonra mübahisə etməyə başladım”

Ədalət Quliyevin sözlərinə görə, fevralın 26-da spirtli içki qəbul etdikdən sonra yataqxananın həyətinə düşüb. Onun qeyd etdiyinə görə, həmin vaxt orada qonşusu Nicatı görüb: “Nicatla salamlaşdıqdan sonra mübahisə etməyə başladım. Yumruqla Nicatın sifətində bir dəfə vurdum. Sonra əsəbləşdiyimə görə üzərimdə olan bıçağı çıxararaq, Nicatın bel nahiyəsindən bir dəfə vurdum. Sonra oradan getdim”.

Cinayət işi üzrə zərərçəkmiş Ləman bildirib ki, ona qarşı 17 sentyabr 2013-cü ildən saat 21-dən 18 sentyabr 2013-cü il tarixədək saat 02-03 radələrinədək seksual xarakterli hərəkətlər etmiş naməlum şəxsin yanından sürətlə qaçıb və yola çıxıb. Onun sözlərinə görə, həmin vaxt uzaqdan gələn avtomaşın saxlaması üçün onun qarşısına qaçıb: “Lakin həmin avtomaşın saxlamadı və yanımdan ötərək keçdi. Özümü həmin avtomaşının arxası ilə gələn, içərisində 4-5 nəfər olan tanımadığım taksi avtomaşınin qabağına atdım. Sonra həmin avtomaşın dayandı. Onlardan kömək istədim. Sürücünün yanında əyləşən şəxslə arxada əyləşən oğlan məni eyni vaxtda avtomaşına dəvət etdilər və kömək edəcəklərini bildirdilər”.

“Ədalət əxlaqsız videolara baxıb, orada olanları üzərimdə tətbiq edib”

Ləmanın sözlərinə görə, sürücünün yanında – qabaqda əyləşən oğlan ona adının Elşən olduğunu bildirib: “Sonradan istintaq zamanı həmin Elşənin əsl adının Ədalət olduğunu bildim. Həmin şəxslərə tanımadığım naməlum adamlar tərəfindən döyüldüyümü və zorlandığımı dedim, onlardan məni evə aparmaq üçün kömək istədim. Ədalət pul götürmək üçün onun evə getməyi təklif etdi və öz avtomaşını ilə məni Ramanı qəsəbəsindəki evimə aparacağını bildirdi. “Kaktus” restoranının yanındakı yataqxananın arxasında avtomaşın dayandı. Sonra əl-üzümü yumaq üçün su gətirdilər. Əl-üzümü yuduqdan sonra atama zəng vurmaq üçün Ədalətdən mobil telefonu istədim. Ədalət mobil telefonu vermədi və atama zəng etmək üçün telefon nömrəsini aldı, sonra kənara gedərək telefon aparatını qulağına tutaraq guya atamla danışdı. Ədalət nişanlısının yataqxanada qaldığını deyərək, mənə öz yaşadığı otaqda gözləməyi və pul götürmək üçün yuxarı qalxmağı təklif etdi. Mən də ona inanıb, yuxarı qalxdım. Əvvəlcə, məni ikinci mərtəbəyə apardı və sonra isə Ədalətin otağına keçdik. Biz otağa daxil olan kimi Ədalət qapını arxadan bağladı. Sonra spirt iyi gələn pambıqla ağzımı və burnumu tutdu. Bundan sonra huşumu itirdim. Oyananda özümün paltarsız, əl-qolumun bağlı olduğunu və ağzıma isə lent yapışdırıldığını gördüm. O, bütün günü yanımda telefonda əxlaqsız videolara baxmaqla, orada olanları üzərimdə tətbiq edib”.

“Ədalət mənə qarşı ən iyrənc hərəkətlər edib”

Zərərçəkmişin sözlərinə görə, Ədalətin iyrənc seksual hərəkətlərinə etiraz edəndə isə yumruq və təpik zərbələri ilə üzləşib: “Ədalətlə razılaşmayanda məni döyürdü. Ağzıma lent yapışdırdığına görə səsimi çıxara bilməmişəm. Onunla bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşam. Ədalət də mənə qarşı tanımadığım naməlum şəxslərin etdiyi seksual xarakterli hərəkətləri təkrarlayaraq, ən iyrənc hərəkətləri edib (Ləman cinayət işi üzrə Ədalətin etdiyi hərəkətləri çılpaqlığı ilə danışıb. Bu səbəbdən də onun ifadəsinin həmin hissəsini dərc etmirik - H. Z.). Ədalət arada ağzımdakı yapışqanlı lenti açaraq mənə meyvə verib. Sonra isə məni bıçaqla hədələyərək, səsimi çıxararsam, öldürüləcəyimi bildirib. Ədalətdən əl-qolumu açıb, məni buraxmasını isətəsəm də, buna məhəl qoymayıb”.

“Məni satmaq istədiyindən qorxdum”

Ləmanı bildirib ki, Ədalətdən su istəyib: “O, su gətirməyə gedəndə onun mobil telefonundan atama zəng etdim. Ədalət qayıdanda telefonu əlimdən aldı və məni vuraraq qeyri- təbii yolla cinsi əlaqədə oldu. Ədalət siqaret çəkəndə daha da azğınlaşdı. Gecəni yatmayıb, onunla cinsi əlaqədə olmuşam. Atamın telefonuna zəng edəndən bir neçə dəqiqə sonra Ədalətin telefonuna zəng gəldi. Ədalət telefonla danışarkən məni kiməsə satmaq istədiyindən qorxub, səsimi çıxarmadım. Ədalət danışandan sonra yenə üstümə düşərək, səhərə kimi eyni cür rəftar edib. Səhər yenə Ədalətə zəng gəldi. Bundan sonra Ədalət məni söydü və “çıx get burdan, sən mənim başıma oyun açacaqsan”, deyərək evdən qovdu. Mən yataqxana binasının həyətində meyvə-tərəvəz satılan kiçik dükandakı qadına yaxınlaşaraq, yolu azdığımı dedim və ondan kömək istədim. Qadın məni dükanda əyləşdirdi. Sonra qadının əri mənə çay verdi. Sonra atama zəng vurdum və dükanda olduğumu deyərək, məni götürməsini istədim. Sonra atam məni oradan apardı”.

Məhkəmənin hökmü ilə Ədalət Quliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ə. Quliyev apelyasiya şikayəti verib. O, Cinayət Məcəlləsinin 145.2.3-cü və 150.2.5-ci maddələri ilə barəsində bəraət hökmünün çıxarılmasını istəyib. O, həmçinin Cinayət Məcəlləsinin 178.1, 221.3 və 228.4-cü maddələri ilə ittiham olunmasını və daha yüngül cəzanın verilməsini xahiş edib. Onun şikayəti baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Ədalət Quliyevin şikayəti hakim Sahibxan Mirzəyevin icraatında araşdırılıb. Apelyasiya şikayətinin dəlilləri araşdırılandan sonra qərar elan olunub. Qərara görə, Ədalət Quliyevin apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 10 ilə endirilib.

Qeyd edək ki, cinayət işi üzrə adı zərərçəkmiş şəxs qismində keçən Ləman Bakıda ali məktəblərdən birində təhsil alır.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR