• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Göyçayda yaşlı qadının evini yandırmasının ŞOK TƏFƏRRÜATI

Göyçayda yaşlı qadının evini yandırmasının ŞOK TƏFƏRRÜATI

Göyçay rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1890 kv.m olan 2 mərtəbəli, 48 mənzildən ibarət yaşayış binasının dam örtüyünün yanar konstruksiyaları 60 kv.m və 2-ci mərtəbədə yaşayan digər vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan mənzilin 1 otağının yanar konstruksiyaları 12 kv.m sahədə yanması barədə xəbər vermişdik.

Bildirmişdik ki, yanğın zamanı ev sahibəsi qismən yanıq xəsarətləri alaraq yanğınsöndürənlər tərəfindən təcili tibbi yardım xidmətinə təhvil verilib. Baş vermiş hadisə nəticəsində 30 nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə edilib. Yaşayış binasının qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Binanı bürümüş alov fevralın 8-də gecə saat 00:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Bildirilir ki, yanğını hadisə zamanı xəsarət alan ev sahibəsi özü törədib. Onun ruhi xəstə olduğu bildirilir.

Publika.az-a hadisənin təfərrüatı ilə bağlı daxil olan xəbərlərdə hadisənin başvermə səbəblərinin fərqli olduğu üzə çıxıb. Göyçay sakinlərinin sözlərinə görə, yanğının başverməsində rayonun müvafiq qurumlarının da günahı var. Belə ki, hadisədən bir qədər əvvəl həmin qadının mənzilinə verilən təbii qaz və elektrik enerjisi kəsilib.

Bu səbəbdən də ruhi xəstə qadın soyuqdan qorunmaq üçün mənzilində ocaq qalayıb. Onun diqqətsizliyi alovun artmasına və binanın yanmasına səbəb olub.

Anar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR