• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

"Unibank"dan əsl sevgi hədiyyəsi

"Unibank"dan əsl sevgi hədiyyəsi

Ən qiymətli və unudulmaz hədiyyə sevgi ilə verilən hədiyyədir. Bəs Siz dəyərinə böyük sevgi qatdığınız hədiyyəni etmisinizmi? Etməmisinizsə, Unibank-ın “Sevgililər günü” kampaniyası sizin arzularınızı reallaşdırmaq üçündür. Albalı Plus (Albalı) kartı ilə fərqli və gözəl hədiyyə ala bilərsiniz, həm də çox-çox sərfəli şərtlərlə.

Fevralın 13-ü, 14-ü və 15-də Albalı Plus (Albalı) kartı ilə partnyor mağazalarda və ticarət mərkəzlərində 3 taksitdən yuxarı alış- veriş edənlər, dəyərini daha uzun müddətə- 14 ayadək ödəyə biləcəklər. Məsələn, müştəri taksiti 3 aylıq olan məhsulun dəyərini 5 ay, 6 aylıq olan məhsulun dəyərini 8 ay, 12 aylıq olan məhsulun dəyərini 14 ay müddətinə ödəyəcək. Üstəlik, Albalı Plus (Albalı) kart sahiblərini mağazalarda xüsusi endirimlər və hədiyyələr gözləyir.

ALBALI PLUS (ALBALI) kartın partnyorları olan İdeal, Sabina, Golden Rose , La parfumerie, Sel home, Flormar, Gulum Gul Dukanı, Swarovski, İtalSilver, Panda KİDS, Bliss və digər mağazalarda sevənlər üçün xüsusi kampaniyalar keçirir.Albalı Plus (Albalı) kartına sahib olan hər kəs bu hədiyyəli sevgililər günü kampaniyasından faydalana biləcək.

Unibank müştərilərinin ehtiyac və arzularını bir məhsulda - ALBALI PLUS kartında birləşdirib. Artıq Unibank müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər. ALBALI PLUS beynəlxaq kart olmaqla yanaşı, dörd bank məhsulunu özündə birləşdirir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibankın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

ALBALI PLUS - arzuları reallaşdıran kart.

Unibank – hər kəsin bankı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR