Sabah hava yağıntılı olacaq
Bizi izləyin

Qırmızı.az

Sabah hava yağıntılı olacaq

Fevralın 11-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin gecə və səhər bəzi yerlərdə duman, çiskinli, gündüz qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. -

Oxumağa davam et
Reklam
Reklam

Gündəm