• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Lamiyənin anası: “Mənə o qədər millət vəkili zəng edir ki…”

Lamiyənin anası: “Mənə o qədər millət vəkili zəng edir ki…”

“Fevralın 13-də Bakıda olacağam və məhkəmə prosesində iştirak edəcəyəm. Ümid edirəm ki, qızımı azadlığa buraxacaqlar”.

Bu sözləri Axar.az-a açıqlamasında Lamiyə Quliyevanın anası Kifayət Quliyeva deyib. K.Quliyeva bildirib ki, bu məsələ ictimailəşəndən sonra ona çoxlu zənglər gəlib, onların arasında millət vəkilləri də var:

“Zəng edən çoxdur. İnanın o qədər maraqlanan adam var ki! Ancaq həmin deputatların adlarını açıqlamaq istəmirəm. Ümid edirəm ki, bir nəticəsi olacaq”.

Qeyd edək ki, Lamiyə və keçmiş nişanlısı Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilib. Vüqar ömürlük, Lamiyə 10 il həbs cəzası alıb. 2013-cü ildə Quliyevanın cəzası bitsə də, nəzarətçini döyməsi ittihamı ilə cəza müddəti 5,5 il artırılıb. Onun həbsdə övladının olması faktını ilk olaraq Axar.az yazıb və bu məsələ bir aydan çoxdur müzakirə olunmaqdadır.

Xatırladaq ki, fevralın 13-də Lamiyənin Bakı Apelyasiya Məhkəməsində işinə baxılacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR