Qırmızı.az
Əli İnsanovun 1,5 milyonluq vəsaiti müsadirə edilə bilər
Fevralın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində məhkum sabiq səhiyyə naziri İnsanov Əli Binnət oğlunun adına “Banque de Luxembourg” kommersiya bankında aşkar edilmiş və 2000-2002-ci illərdə qoyulan 1,5 milyon ABŞ dollarının müsadirə olunması məsələsinə baxılması ilə əlaqədar Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin təqdimatına baxılıb.
AzərTAc xəbər verir ki, iclasda Əli İnsanovun hüquqlarını müdafiə
edən vəkil Ağaveys Şahverdi “Banque de Luxembourg” bankına
yatırılan 1,5 milyon ABŞ dollarının Əli İnsanovun ixtira etdiyi
“İnsanovin” dərmanının satışından yığılan vəsait olduğunu qeyd
edərək bununla bağlı müvafiq orqanlara sorğular verilməsi, həmçinin
Əli İnsanovun işlədiyi dövrdə vergi ödəyicisi kimi dövlət büdcəsinə
ödədiyi vergilər barədə Vergilər Nazirliyinə də sorğu göndərilməsi
barədə vəsatətlər verib.
Məhkəmə vəsatətlərin təmin olunması barədə qərar qəbul edib.
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov