Xaçmazda 63 yaşlı qadını maşın vurub
Bizi izləyin

Qırmızı.az

Xaçmazda 63 yaşlı qadını maşın vurub

Fevralın 16-da axşam saatlarında Xaçmaz şəhəri N. Nərimanov küçəsində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Fevralın 16-da axşam saatlarında Xaçmaz şəhəri N. Nərimanov küçəsində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Lexus” markalı, 90 GS 811 dövlət nömrə nişanlı avtomaşın Xaçmaz şəhər sakini, 1951-ci il təvəllüdlü Mustafayeva Sara Əmrulla qızını vurub.

Sürücü hadisədən sonra xəsarət alan şəxsi Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta ağırdır.

Qeyd edək ki, xəsarət alan 63 yaşlı qadın Xaçmaz Yaşıllaşdırma İdarəsinin əməkdaşıdır.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm