Azərbaycanlı lotu öldürüldü - VİDEO
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı lotu öldürüldü - VİDEO

Ötən gecə, saat 01 radələrində Moskvanın Parkovskaya-15 küçəsindəki azərbaycanlılara məxsus kafedə baş verən silahlı insidentin təfərrüatı məlum olub.

Lent.az xəbər verir ki, silahlı insident sözügedən ünvandakı “Abşeron” kafesində Lotu Quli (Nadir Səlifov) tərəfdarları ilə Dato Ağcabədinski ləqəbli əslən Ağcabədi rayonunun Yeni Qaradolaq kəndindən olan Cavid Məmmədovun rəhbərlik etdiyi qruplaşma arasında olub. Nəticədə Dato Ağcabədinski və onun yaxın adamı Natiq Əlibayramlınski qətlə yetirilib. Rusiyadakı mənbələrdən vesti.az-a daxil olan məlumata görə, onları Lotu Qulinin əslən Gəncədən olan adamları güllələyib.

Şirvan şəhər Polis idarəsindən Natiq Əlibayramlinskinin qətlə yetirilməsini təsdiqləyiblər. Moskva polisinin hadisəni törədənləri axtarır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm