Qırmızı.az
Təhlükəli Feysbuk virusundan necə xilas olmalı? - Ekspert
“Feysbukda istənilən oyunu oynamaqdan çəkinin və maksimum dərəcədə diqqətli olun. Bu, güman etdiyimiz qədər də sadə problem deyil”.
Bu sözləri Axar.az-a proqramçı Sadiq Mirzəyev son günlər Feysbukda geniş yayılmış virus və spamlardan istifadəçinin özünü qoruması ilə bağlı məsələləri şərh edərkən söyləyib.
O, hazırda Feysbuk viruslarının bir çox növünün mövcud olduğunu bildirib:
“Ümumiyyətlə, Feysbuk virusları təhlükəli linklər və saxta spam mesajlar vasitəsi ilə yayılır. Bu mesajlar adətən aldadıcı şəkildə olur və istifadəçinin marağını artırır. İstifadəçi isə bu linkləri tıklamaqla həmin virus onun kompüterinə yoluxaraq işə düşür. Nəticədə isə həmin virus onun adından digər istifadəçilərə göndərilir. Bu virusların yayılmasının başqa yolu isə qeyri-qanuni (lisenziyasız) və ya hak edilmiş (sındırılmış) proqramlara icazə verdiyimiz anda kompüterimizə yoluxmasıdır. Hazırda bir çox Feysbuk virusları mövcuddur. Buna misal olaraq: Uşaq pornosunu izlə, Feysbuk profilinin rəngini dəyişdir, Feysbuk dostluq təklifi, Feysbuk avtomatik divar yazısı virusu, Feysbuk mesaj virusu və s. virus növlərini göstərə bilərəm. Bu viruslardan qorunmaq üçün ilk növbədə bu virusları yayan linklərə tıklamamalıyıq. Əgər siz dostunuzdan gələn hər hansı bir mesajdan şübhələnirsinizsə, o linkə tıklamazdan öncə ona mesaj yazaraq dəqiqliyinə əmin olun. Feysbukda istənilən oyunu oynamaqdan çəkinin və ya maksimum diqqətli olun. Çünki bu vasitələrlə sizin həm kompüterinizə virus yayıla bilər, həm də ən pis halda hesabınız oğurlana bilər. Bu vasitə ilə virus yoluxubsa, şifrənizi dəyişdirməlisiniz. Hazırda bazarda bir cox brauzer var. Mən şəxsən “Quql xrom”a üstünlük verirəm. Həm sürətlidir, həm də geniş istifadə imkanları var. Onu da bildirim ki, bəzi Feysbuk viruslarını brauzer ayarlarından silmək mümkündür”.
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...