Atasını Suriyaya dəvət edən azərbaycanlı İŞİD-çi öldürüldü - VİDEO
Bizi izləyin

Qırmızı.az

Atasını Suriyaya dəvət edən azərbaycanlı İŞİD-çi öldürüldü - VİDEO

Suriyada İŞİD-in daha bir azərbaycanlı üzvü öldürülüb.


Publika.az xəbər verir ki, bir müddət əvvəl videomüraciət yayaraq atasını Suriyaya dəvət edən Qaradağ rayonu, Səngəçal qəsəbəsinin sakini Fariz Dostəliyev dünən Suriyada gedən döyüşlərdə öldürülüb.

F. Dostəliyevin yaxınlarından əldə etdiyimiz məlumata görə, o, sonuncu dəfə 2014-cü il 31 yanvar tarixində ailəsi ilə əlaqə saxlayıb. Hər şeyin yaxşı olduğunu deyən F. Dostəliyev həyat yoldaşını da öz yanına aparmaq istəyirmiş. O, Şamda (Suriyada) yaşadığını, işlədiyini və maaş aldığını deyib. Lakin ailəsi onun bu hərəkətinə qarşı çıxıb.

Onun ölümü ilə bağlı ailəsinə dünən gecə SMS-lə məlumat daxil olub.


Qeyd edək ki, F. Dostəliyev bir müddət əvvəl videomüraciət yayaraq atasını da Suriyaya dəvət edib. Videoda o, şəhərin mərkəzində digər döyüşçülərlə birgə kabab yeyir, Suriyadakı rahat həyatından danışırdı.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm