Erməni diversiya qrupları geri otuzduruldu, 1 zabit, bir neçə əsgər öldürüldü
Bizi izləyin

Qırmızı.az

Erməni diversiya qrupları geri otuzduruldu, 1 zabit, bir neçə əsgər öldürüldü

Düşmən qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, şəxsi heyətin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi, görülən qabaqlayıcı tədbirlər nəticəsində 2 kəşfiyyat-təxribat qrupunun qarşısı qətiyyətlə alınıb.

Təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla bir neçə əsgəri məhv edilib. Düşmən tərəfdən xeyli sayda yaralı var.

Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib və cəbhə xəttində vəziyyətə tam nəzarət edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm