Qırmızı.az
Abituriyentlərin yarıdan çoxu "2" alıb
2014-cü ildə orta məktəbi "5" qiyməti ilə bitirən məzunların yalnız 42,46 faizi attestat qiymətlərini doğrulda bilib.
Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının sədri Məleykə Abbaszadə bu gün “Abituriyent-12”
jurnalının təqdimat mərasimində çıxış edərkən deyib.
Komissiya sədrinin sözlərinə görə, tam orta məktəbi bütün
fənlərdən "3" qiymətlə başa vuran məzunların 97,17%-nin qəbul
imtahanlarındakı nəticələri də çox zəif – 0-200 bal intervalında
olub. "5" qiymətlə bitirən məzunların isə yalnız 42,46 faizi
attestat qiymətlərini doğrulda bilib.
M.Abbaszadə hesab edir ki, bu, məktəblərdə verilən aşağı
qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən
şişirdildiyini göstərir: “Əlbəttə, obyektiv qiymətləndirilmə
aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər
pilləyə keçiddə nəzərə alınmalıdır. İndiki halda isə attestat
qiymətləri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınaraq
bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə
edilərsə, əla qiymətlərini doğrultmayan "əlaçılar" öz biliyi
hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil
müəssisələrinə qəbulda üstələyə bilərlər. Digər tərəfdən, kim
zəmanət verə bilər ki, bu cür addım subyektivliyə bir qədər də
rəvac verməyəcək. Odur ki, biz məktəb və qəbul göstəriciləri
arasında yüksək korrelyasiya (r>0.9) olmayanadək attestat
qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı
deyilik”.
M.Abbaszadə deyib ki, 2014-cü ildə abituriyentlərin 64,7 faizi
imtahandan "2", 13,6%-i "3", 15,7%-i "4", 6%-i isə "5" qiymət alıb.
2013-cü ildə bu göstəricilər uyğun olaraq 65%, 13,8%, 15,7%, 5,6%
olub: “Göründüyü kimi, bu il "2" və "3" qiyməti alanların faizi
nisbətən azalıb, "5" qiyməti alanların faizi artıb, "4" qiyməti
alanların faizi isə dəyişməyıb. Qəbul olanların 29,9%-ni "3",
40,2%-ni "4", 15,5%-ni isə "5" qiymət alanlar təşkil edib. Ötən il
bu göstəricilər uyğun olaraq 27,7%, 41,3%, 14,8% olub”.
TQDK sədri bildirib ki, bu il Daşkəsən, Ağsu, Xaçmaz, Astara, Samux, Ucar, Qusar, Ağdaş, Qobustan, Sabirabad, Zərdab, Goranboy, Lerik, Şabran, Quba, İmişli və Yardımlı rayonları, eləcə də Naxçıvan MR-inı Kəngərli, Sədərək və Babək rayonlarının cari ildəki məzunlarını təmsil edən abituriyentlərin 40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!