• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Sulu qar və qar yağacaq

Sulu qar və qar yağacaq

Azərbaycanda yağıntılı hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə sulu qar və qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a bildiriblər ki, fevralın 12-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağıntılı olacaq. Mülayim şimal küləyi gündüz güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 6-8 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 12-də hava arabir yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Ayrı-ayrı yerlərdə küləyin sürəti arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti təşkil edəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR