Saxta əsginaz çap edən dəstə tutuldu
Bizi izləyin

Qırmızı.az

Saxta əsginaz çap edən dəstə tutuldu

Bakıda saxta əsginazlar çap edən dəstə tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi, Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakinləri – 1997-ci il təvəllüdlü Elmin Qasımovdan, 1983-cü il təvəllüdlü Urfan Hacıyevdən, 1994-cü il təvəllüdlü Ceyhun Osmanovdan və 1987-ci il təvəllüdlü Ruslan Xəmmədovdan 22 ədəd 20, 6 ədəd 5 və 1 ədəd 1 manatlıq saxta əsginaz aşkar olunaraq götürülüb. Onların kirayə yaşadıqları evə baxış zamanı 18 ədəd 20 və 18 ədəd 1 manatlıq saxta əsginaz və çap dəzgahı aşkarlanıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm