Hacı İbrahim: “Khazar İslands” layihəsi Prezident İlham Əliyevin sayəsində reallaşır” - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Hacı İbrahim: “Khazar İslands” layihəsi Prezident İlham Əliyevin sayəsində reallaşır” - FOTOLAR

“Avesta Concern”in həyata keçirdiyi “Khazar İslands” layihəsinə maraq artmaqda davam edir.

Publika.az-ın məlumatına görə, Cənubi Koreyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Çoi Suk layihə ilə tanış olmaq üçün tikinti işlərinin həyata keçirildiyi əraziyə səfər edən növbəti diplomat olub.

Cənubi Koreya səfiri Çoi Sukun “Khazar İslands”a səfəri digər həmkarlarının səfərlərindən önəmli bir məqamla yadda qalıb. Belə ki, səfiri Çoi Suku “Khazar İslands” səfərdə Cənubi Koreyadan olan bir qrup iş adamı da müşayiət edib.

Səfir Çoi Sukun başçılıq etdiyi nümayəndə heyətini qarşılayan “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli hörmətli qonaqlara rəhbərlik etdiyi şirkət, onun həyata keçirdiyi “Khazar İslands” layihəsi haqqında ətraflı məlumat verib.

Səfir Çoi Suk belə möhtəşəm layihəni həyata keçirdiyinə görə “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmlini “cəsarətli iş adamı” adlandırıb.

Hacı İbrahim Nehrəmli isə qeyd edib ki, bu layihənin həyata keçirilməsinin əsas səbəbi cənab İlham Əliyevin Azərbaycan prezidenti olmasıdır.

“Avesta Concern”in prezidenti vurğulayıb ki, əgər İlham Əliyev Prezident olmasaydı, “Khazar İslands” layihəsi də olmazdı.

Hacı İbrahim Nehrəmli qeyd edib ki, məhz prezident İlham Əliyevin yürütdüyü müdrik xarici və daxili siyasət nəticəsində müstəqilliyini cəmi 24 il əvvəl bərpa etmiş bir ölkədə belə layihələrin həyata keçirilməsinə imkan yaradıb.

Səfir Çoi Suk da prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ciddi uğurlara nail olduğunu vurğulayıb və Koreya Respublikası ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu qeyd edib.

“Avesta Concern”in prezidenti qeyd edib ki, iki ölkə arasında münasibətlərin yüksək vəziyyətdə olması iş adamları arasında əməkdaşlıq üçün çox geniş perspektivlər açır.

Səfir Çoi Suk iş adamları arasında əlaqələrin inkişafı üçün əlindən gələni etməkdə qərarlı olduğunu və onu müşayiət edən iş adamlarının “Khazar İslands”a səfərini bu istiqamətdə növbəti addım kimi qeyd edib.

Səfir Çoi Suk “Khazar İslands” layihəsinə sərmayə qoyuluşu da daxil bir çox sahələrdə ölkəsindən olan iş adamlarının cəlb olunması üçün əlindən gələni də edəcəyini vurğulayıb.

Sonra diplomat “Khazar İslands”ın fəxri qonaqlar kitabına ürək sözlərini yazıb və gələcəkdə əraziyə yeni səfər edəcəyini bildirib.

“Khazar İslands” layihəsi çərçivəsində həyata keçirilən işlərlə yerində tanış olan Koreyalı iş adamları da bu layihəyə qoşula biləcəklərini qeyd ediblər.

Səfir Çoi Suk “Khazar İslands”a səfərdə Cənubi Koreyanın “Halla Vivaldi”, Securo”, “SK c&c” və “SJ Logistics Group” şirkətinin nümayəndələri, eləcə də Koreya Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşları müşayiət ediblər.

Xatırladaq ki, Çoi Sukdan əvvəl Səudiyyə Ərəbistanı, İsrail, Yaponiya, Malaziya, İspaniya, Rusiya, Avstriya, ABŞ və Türkiyənin də Azərbaycandakı səfirləri də “Avesta Concern”in bu möhtəşəm layihəsi ilə tanış olmaq üçün layihənin həyata keçirildiyi əraziyə səfər ediblər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm