Ali təhsil müəssisələrinə qəbul qaydaları elan olundu
Bizi izləyin

Qırmızı.az

Ali təhsil müəssisələrinə qəbul qaydaları elan olundu

Qaydalar barədə daha ətraflı jurnalda məlumat verilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Abituriyent” jurnalının 1-ci sayında 2014/2015-ci tədris ili üçün Respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarını və bütün səviyyələrdən olan təhsil müəssisələrinə qəbul imtahanı proqramlarını dərc edib.

Publika.Az-ın məlumatına görə, bu barədə TQDK-nın mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, hər bir abituriyent tələbə qəbulunun hüquqi əsaslarını təşkil edən və ən etibarlı oriyentir rolunu oynayan bu sənədlərlə diqqətlə tanış olub öz fəaliyyətini onların tələblərinə uyğun qurmalıdır.


Jurnalda 2014/2015 - cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları, qəbul imtahanı proqramları verilib.

Həmçinin orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) və hərbi liseylərə qəbul imtahanı proqramları, ali təhsil müəssisələrinə qəbul imtahanı fənləri üzrə test tapşırığı nümunələri, fənlər üzrə açıq tipli test tapşırığı nümunələri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları yer alıb.

“Soruşun, cavab verək” rubrikasında oxucuların sorğularına TQDK mütəxəssislərinin izahlı cavabları
TQDK-da informasiya mübadiləsinin yeni ünvanı bölümündə TQDK-nın fəaliyyətinin bütün istiqamətlərinin facebook sosial şəbəkəsi vastəsi ilə ictimaiyyətə çatırılması haqqında məqalə, test tapşırıqlarının düzgün cavabları və balların hesablanma qaydası əks olunub.

Qaydalar barədə daha ətraflı jurnalda məlumat verilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm