• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Qadına gələn zəng, ərin xəyanət şübhəsi, dağılan ailə - Göyçayda

Qadına gələn zəng, ərin xəyanət şübhəsi, dağılan ailə - Göyçayda

Göyçay rayon Xəlitli kəndinin 28 yaşlı sakini, iki uşaq anası Ə.Mürsəlovanın (ad və soyad şərtidir) ailəsini ataraq ata evinə gedəndən sonra əri onu qəbul etmir.

Publika.az xəbər verir ki, qadının valideynlərinin xahişlərinə baxmayaraq, həyat yoldaşı onunla barışmaqdan və qəbul etməkdən imtina edib. Ailənin iki azyaşlı uşağı isə nənə və babaların himayəsindədir.

Qeyd edək ki, Ə.Mürsəlovanın evdən qaçması bir neçə gün bundan əvvəl baş verib. Rayon sakinlərinin verdiyi məlumata görə, səhhətində problemlər olan qadının ailəsi onun yoxa çıxmasından narahat olduğu üçün Ə.Mürsəlovanın valideynləri ilə əlaqə saxlayaraq, qızlarının onların evində olub-olmamasını soruşublar. Lakin qadının valideynləri Ə.Mürsəlovanın qayınatasına qızlarının onlara gəlmədiyini bildiriblər. Qadının evə qayıtmamasından narahat olan qayınatası Ə.Mürsəlovanın yoxa çıxması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib. Bundan sonra isə qadının ata evində olduğu üzə çıxıb. Ə.Mürsəlovanın valideynləri qudaları ilə əlaqə saxlayaraq, onu geri qaytarmaq istədiklərini bildirdikdə, qadının həyat yoldaşı bu təklifi qəbul etməyib. Bundan sonra isə ailələr arasındakı ziddiyyət daha da dərinləşib.

Göyçay sakinlərinin verdikləri məlumata görə, Ə.Mürsəlovanın ailəsini atıb getməsinin səbəbi onunla həyat yoldaşı arasında mobil telefon üstündə yaranan söz-söhbət olub. Belə ki, hadisədən bir gün əvvəl həyat yoldaşı Ə.Mürsəlovanın kiminləsə mobil telefonla danışdığını görüb. Qadın bu hərəkətini ört-basdır etmək üçün mobil telefonunu və onun içindəki nömrəni gizlədib. Onun bu addımı qadının ərinin kəskin narazılığına səbəb olub. Ə.Mürsəlovanın əri mobil telefonu və onun nömrəsini qadının əlindən almağa çalışsa da, buna nail ola bilməyib. Nəticədə, ərlə arvad arasında qarşıdurma yaranıb. Ə.Mürsəlova bundan bir gün sonra ailəsini tərk edərək atasının evinə gedib. Ailənin boşanması yaxın vaxtlarda rəsmiləşəcək.

Babək

Xəbər lenti

DAHA ÇOX XƏBƏR