19 yaşlı gözəlçə 100 nəfəri qətlə yetirdi
Bizi izləyin

Qırmızı.az

19 yaşlı gözəlçə 100 nəfəri qətlə yetirdi

Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında 19 yaşlı qızın silsilə cinayətlər törətdiyi ortaya çıxıb

Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında 19 yaşlı qızın silsilə cinayətlər törətdiyi ortaya çıxıb. "Da Deyli Aytem" qəzeti Miranda Barbaur adlı qızın 100-ə yaxın insanı qətlə yetirdiyini yazır.



Hazırda ştat polisi dəhşətli cinayətkarın iddiaları ilə bağlı araşdırma aparır. Qızın çoxsaylı cinayətlər törətməsi barədə hələlik heç bir dəlil əldə olunmayıb.



Lakin qız özü bunu etiraf edib və bildirib ki, 22-ci qətldən sonra qurbanlarını saymağı dayandırıb. Şeytani qüvvələrə qulluq etdiyini deyən qız cinayətləri də onların sifarişləri ilə həyata keçirdiyini qeyd edib.



Qızın sonuncu cinayətində yoldaşı Elit Barbaur da ortaq olub. Hər iki cinayətkarı edam cəzası gözləyir./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm