Şahbaz Xuduoğlu: “Yarım gedib, tək qalmışam” - VİDEO
Bizi izləyin

Qırmızı.az

Şahbaz Xuduoğlu: “Yarım gedib, tək qalmışam” - VİDEO

Dünən ağır qəza keçirərək həyat yoldaşı Könül xanımı itirən Şahbaz Xuduoğlunun bir neçə gün qabaq paylaşdığı video sosial şəbəkədə diqqət mərkəzindədir.

Axar.az xəbər verir ki, videoda Şahbaz bəy “Küçələrə su səpmişəm” xalq mahnısını oğlu Tengizlə birlikdə ifa edir. Musiqi təhsili olan Şahbaz bəyin gözəl ifasıyla bərabər, başqa bir məqam da diqqət çəkir və hər zaman belə durumlarda olduğu kimi adamın içindən bu fikir keçir: “Elə bil, bu günü üçün oxuyublar, elə bil, ürəyinə damıbmış...”

Xatrladaq ki, Şahbaz Xuduoğlu dünən əmisinin yas mərasimindən qayıdarkən Yardımlı-Masallı yolunda yolun sürüşkən olması üzündən ağır avtomobil qəzasına düşüb. Sürücüsü Rafiq Mustafayevin idarə etdiyi avtomobilin qəzaya uğraması nəticəsində Şahbaz bəyin həyat yoldaşı dünyasını dəyişib, bacısı ağır xəsarət alıb.

Həmkarımıza Allahdan səbir diləyirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm