Həbs edilən direktor haqda müdhiş faktlar – VİDEO
Bizi izləyin

Qırmızı.az

Həbs edilən direktor haqda müdhiş faktlar – VİDEO

Tələbələrdən rüşvət tələb etdiyinə görə həbs edilən Astara Pedaqoji Kollecinin direktoru barəsində müdhiş faktlar var.

Axar.az-ın əldə etdiyi məlumata görə, kollecin direktoru Əlihəsən Həmzəyevin fəaliyyəti uzun müddətdir ki, müxtəlif qanun pozuntuları ilə diqqəti cəlb edirdi.

Ancaq bu vaxt ərzində o, arxayın şəkildə işlərini davam etdirməyə müvəffəq olub. Ə.Həmzəyevi qoruyan şəxsin Ağcabədi Pedaqoji Kollecində rəhbər olan qudası Ənvər İmanov olduğu bildirilir. Təhsil Nazirliyində Elm, ali və orta ixtisas təhsili şöbəsində baş məsləhətçi vəzifəsində çalışmış Ə.İmanov bu müddətdə qudasının əməllərinə göz yumub. Ağcabədiyə yeni təyinatdan sonra Ə.Həmzəyev himayəsiz qalıb.

Yalnız Təhsil Nazirliyinin rəhbərliyi tərəfindən Astara kollecinin direktoruna töhmət verilib. Xəbərə görə, Astara Pedaqoji Kollecində 1400-ə qədər tələbə təhsil alır. Lakin bu təhsil müəssisəsində dərslərə davamiyyət olduqca aşağı səviyyədədir. Kollecdə faktiki dərslərə gələn tələbələrin sayı 500-550 nəfərdən artıq deyil.

Tələbələr hər ay təyinatı məlum olmayan hansısa fonda 30 manat pul verirlər. Yataqxanada qalmaq üçün isə hər bir tələbə ayda 30 manat ödəməlidir. O da bildirilir ki, Astarada fəaliyyət göstərən dəbdəbəli istirahət pansionu həbs edilmiş kollec direktoruna məxsusdur.

Ə.Həmzəyev fəlsəfə elmləri doktorudur. Onun Yutub sosial şəbəkəsində Hindistan səfərindən video görüntülər var.

Qeyd edək ki, Ə.Həmzəyev kollecin bədən tərbiyəsi və idman şöbəsinin müdiri Aqil Veysəlov ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2014-2015-ci tədris ilinin qış imtahan sessiyası zamanı ayrı-ayrı tələbələrdən 8 min 200 manat məbləğində pulu xidməti otağında rüşvət kimi alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm