• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Millət vəkili məktəblilərə hədiyyə verdi

Millət vəkili məktəblilərə hədiyyə verdi

Tovuzda Rövşən Alıyev adına Əyyublu kənd orta məktəbi də daxil olmaqla 10-dan artıq məktəbdə müəllifi olduğu “Dünyanı dəyişən alimlər” kitabını təqdim və müəllimlərlə bərabər yaxşı oxuyan şagirdlərə də imzalı hədiyyə edən millət vəkili Qənirə Paşayeva gənclər arasında kitaba, elmə meyilliyin artması istiqamətində də onlarla geniş müzakirələr aparıb və sualları cavablandırıb.

Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya verlişlərə ayırmamağa çağırıb. Millət vəkili görüş zamanı təhsilində fərqlənən və elm dalınca getmək niyyətində olan gənclərlə xüsusi müzakirələr apararaq onlara tövsiyyə və məsləhətlərini də verib. Görüşün sonunda isə Qənirə Paşayeva özünün müəllifi olduğu “Dünyanı dəyişən alimlər” kitabını hədiyyə edib. Kitab haqqında məlumat verərək dünya tarixinə adını yazmış 50 böyük alim haqqında olan “Dünyanı dəyişən alimlər” adlı kitabının nəşr edilməsində məqsədin gənclərin elmə daha da meyillənməsinə dəstək göstərmək olduğunu deyib: “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağın meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir! Bu kitabda dünya, elm və inkişaf tarixinə adını qızıl hərflərlə yazmış bir neçə azərbaycanlı alimin də həyat yolu, düşüncələri, dünyaya və insanlığa verdiyi töhfələr öz əksini tapır.

Ümid edirəm ki, kitab xoşunuza gələcək”. Millət vəkili Qənirə Paşayeva müəllimləri gənclərin kitab oxumasına meylliyinin artması istiqamətində fəal olmağa çağırıb: “Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması isitqamətində daha çox işlər və layihələr həyata keçirməliyik”, – millət vəkili Qənirə Paşayeva deyib. Tədbirdə iştirak etmiş müəllimlər və digər tədbir iştirakçıları çıxış edərək uşaqların və gənclərin kitaba meyllənməsinin və marağının artmasında bu cür tədbirlərinin keçirilməsini əhəmiyyətini vurğuladılar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR