Gecə klubunda polislər bıçaqlandı
Bizi izləyin

Qırmızı.az

Gecə klubunda polislər bıçaqlandı

Gecə klubunda polislər bıçaqlandı

Ötən gecə Mikayıl Müşfiq küçəsində yerləşən gecə klublarının birində bıçaqlanma hadisəsi baş verib. Bakının mərkəzində yerləşən gecə klubunda polislərlə müştərilər arasında dava düşüb. Dava zamanı ikisi polis nəfəri olmaqla, 3 nəfər bıçaqlanıb.

Publika.Az - ın verdiyi məlumata görə, kütləvi davada 10-a yaxın adam iştirak edib.

Dava zamanı bir tərəfdə 23 yaşlı Mahmud Qurbanlı, onun həmyaşıdı Vasif Musayev, 29 yaşlı Firat Qurbanov və 24 yaşlı Ramin Ələsgərov, digər tərəfdə olan Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşı Nicat Hədiyev,

Nizami RPİ-nin əməliyyatçısı Tural Həsənov və onların yanında olan 25 yaşlı Xalid Məmmədov dava ediblər. Təpik-yumruq davasında sonradan bıçaqlar işə düşüb.

Nəticədə 2 polis nəfəri N.Hədiyev, T.Həsənov və onların tanışı X.Məmmədov bıçaq yarası alıb.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm