Azərbaycanda ağ ciyər transplantasiyası həyata keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda ağ ciyər transplantasiyası həyata keçiriləcək

Azərbaycanda yaxın zamanlarda ağ ciyər transplantasiyası da mümkün ola bilər.

Azərbaycan Tibb Universitetindən (ATU) Publika.az-a verilən məlumata görə, “Orqan transplantasiyası” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxış edən ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov bildirib ki, artıq Azərbaycanda orqan transplantasiyası aparan bir neçə klinika var. Ölkədə orqan transplantasiyası əməliyyatlarında, əsasən, canlıdan canlıya qara ciyər, böyrək köçürülür: “Təəssüflər olsun ki, ağ ciyər köçürmə əməliyyatını hələ həyata keçirməmişik. Amma bu, bizim hədəfimizdir. Yaxın bir zamanda yəqin ki, buna da nail olacağıq".

Ə.Əmiraslanov bildirib ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasında da orqan transplantasiyası şöbəsinin açılması nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm