Qənirə Paşayevadan həmsədrlərə etiraz: “Vandalizmə göz yumurlar”
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayevadan həmsədrlərə etiraz: “Vandalizmə göz yumurlar”

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən iclasında Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində törətdiyi vandalizm aktlarını gündəmə gətirib.

Publika.az-ın məlumatına görə, deputat Q.Paşayeva deyib ki, Ermənistan silahlı qüvvələri atəşkəsi pozaraq 100-ə yaxın evi hədəfə alıb: “6 nəfərlik bir ailənin evini yandırıblar. Yanğını söndürməyə gələn yanğınsöndürənlərə belə atəş açaraq evi söndürmək imkanı verməyiblər, bütün qeyri-insani əməllərə əl atıblar. Bundan başqa, kənd sakini Xatirə Əliyeva evlərinin atəşə tutulması nəticəsində yaralanıb”.

Xatirə Əliyevanın evində pəncərədən daxil olan güllə ilə yaralandığını vurğulayan deputat ATƏT-in Minsk qrupu həmsədrlərini Ermənistanın bu cür qeyri-insani əməllərinə qarşı etiraz səslərini ucaltmamaqda, bunu pisləyən açıqlamalar verməməkdə ittiham edib. Onun sözlərinə görə, həmsədrlər, bu ölkələrin Bakıdakı səfirləri, insan haqlarından danışan beynəlxalq təşkilatlar və onların Azərbaycandakı ofisləri məsələylə bağlı etiraz bildirməyiblər: “Mən beynəlxalq təşkilatları, onların buradakı təmsilçilərini dəvət edirəm. Getsinlər Ermənistanın atəşi nəticəsində evləri yandırılan, öz evinin içində güllə yarası alan insanlarla görüşsünlər, Ermənistanın mülkü vətəndaşlara qarşı bu vandalizm aktlarına susmasınlar, etiraz səslərini ucaltsınlar, buna qarşı tədbirlər görsünlər.

Ön cəbhəmizi qoruyan əsgər və hərbçilərimiz Ermənistanın təxribatlarına, mülkü vətəndaşları hədəf almasına layiqli cavab verir. Amma buna baxmayaraq, Ermənistan mülki vətəndaşlara qarşı vandalizm aktlarından əl çəkmir. Ermənistan silahlı qüvvələrinin birbaşa hədəfə aldığı ailələrin evlərinin qarşısında istehkam divarlarının tikintisi daha da sürətlənməlidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm