Lamiyə danışdı: "Məndən silah kimi istifadə olunmasın" - VİDEO
Bizi izləyin

Qırmızı.az

Lamiyə danışdı: "Məndən silah kimi istifadə olunmasın" - VİDEO

Son bir neçə ayda ölkə mediasının və ictimaiyyətin diqqətini özünə cəlb edən həbsxanada uşaq dünyaya gətirən Lamiyə Quliyeva ANS-ə açıqlama verdi.


Bu gün isə Bakı Apelyasiya məhkəməsində Lamiyə Quliyeva barəsində prokurorluğun protestinə baxılıb. Hakim Qədim Babayevin sədrlik etdiyi prosesdə Lamiyə Quliyevanın vəkili çıxış edib. Vəkil məhkum Lamiyə Quliyevanın barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi və məhkəmənin qismən istintaqla aparılması barədə vəsatətlər qaldırıb. Məhkəmə isə vəsatətləri təmin etməyib.

Lamiyə Quliyeva isə bir çox məsələlərə aydınlıq gətirib. Özündən siyasi silah kimi istifadə olunmasını söyləyən məhbus qadın gündəmi zəbt edən həbsxanada dünyaya gətirdiyi uşağından söhbət açıb.


“Mən artıq anayam, övladım var. İstəməzdim ki, o da burada mənim kimi məhbus həyatı yaşasın. Artıq bir yaşında onun hər şeyi dərk edən bir vaxtı olacaq. O, hələ heç nə bilmir, hər şeydən xəbərsizdir. Körpəm 4 aylıqdır. İstərdim ki, o, hər şeyi dərk edən bir vaxtda azadlıqda olsun”, – deyə Lamiyə Quliyeva bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm