Avropanın mərkəzində dəhşət: uşaqlarını diri-diri yandırdı
Bizi izləyin

Qırmızı.az

Avropanın mərkəzində dəhşət: uşaqlarını diri-diri yandırdı

Belçikanın Lennik şəhərində dəhşətli hadisə baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 35 yaşındakı qadın üç qız uşağını bir daxmaya salaraq diri-diri yandırıb.

Daxmaya od vuran qadın daha sonra ərinə zəng edərək uşaqların qışqırıqlarını atalarına dinlədib. Tələsik evinə gələn ata dəhşətli mənzərə ilə qarşılaşıb. İki, dörd və altı yaşlarındakı qızların yanmış cəsədləri yerdə idi. Ata Hellmut hadisə yerinə çatanda yoldaşının bağçada çox sakit şəkildə siqaret çəkdiyini və ona “on dəqiqə qışqırdıqdan sonra səsləri kəsildi” dediyini bildirib.

Psixoloq qadının böyük ehtimalla ağır bir depresiya keçirdiyini deyib. Hadisədən sonra qadın polis tərəfindən saxlanılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm