Özəl klinikalarda yoxlamalar başlayır
Bizi izləyin

Qırmızı.az

Özəl klinikalarda yoxlamalar başlayır

Son vaxtlar ölkədə fəaliyyət göstərən özəl klinikalarda qeydə alınan qanunsuzluqlar aidiyyəti qurumları hərəkətə gətirib.

Axar.az-ın məlumatına görə, yaxın zamanlarda Səhiyyə Nazirliyi başda olmaqla, bir neçə qurum təftiş işlərinə başlayacaq.

Qeyd edək ki, yoxlamaların aparılmasında məqsəd qiymətlərə nəzarət, xidmətin keyfiyyəti və vətəndaşların sağlamlığını etibar etdikləri həkimlərin bilik səviyyəsinin yoxlanılmasıdır. Bildirək ki, paytaxtın əksər özəl tibb müəssisələrindən gələn şikayətlər, ölüm hallarının artması bəzi klinikaların bağlanması ilə nəticələnə bilər. Ölkəyə gətirilən xarici mütəxəssislərin fəaliyyətinin də üstündən xətt çəkilə bilər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli ANS-ə deyib ki, qurum özəl klinikalardakı müayinə və əməliyyat qiymətləri nazirlik tərəfindən tənzimlənmir. Lakin nazirlik özəl kilinika və mərkəzlərin fəaliyyətinin lisenziyalaşdırılmasına və standartlara uyğunluğuna nəzarət edir: “İndi cərrahiyyə əməliyyatı ucuz olan özəl müəssisə yoxdur. Xaricdən gətirilən həkimlər reklam edilir və onun adından istifadə olunaraq pul qazanılır. Əslində, bu işlə məşğul olan özəl müəssisələr fırıldaqçılıqla məşğul olurlar. Səhiyyə Nazirliyi buna qarşı mübarizəsini aktiv şəkildə aparır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm