• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Aktyor olmaq istəyənlərin nəzərinə

Aktyor olmaq istəyənlərin nəzərinə

“İrəli” İctimai Birliyinin mərkəzi qərargahında “Yeni İstedad” layihəsinə start verilib.

Publika.Az-ın verdiyi xəbərə görə, layihə rəhbəri Kəmalə Quliyeva tədbiri giriş sözüylə açıb, əsas məqsədin istedadlı və bacarıqlı insanların üzə çıxarılması, film və teatr səhnələrinə yeni istedadların cəlb olunmasını təmin etmək olduğunu deyib.

Kəmalə Quliyeva bildirib ki, layihə 3 mərhələdən ibarət olacaq: "Bizim əsas məqsədimiz istedadlı aktyor və aktrisaları üzə çıxarmaqdır. "Yeni İstedad" layihəsi Azərbaycan mədəniyyətinə yeni simalar bəxş edəcək. Onu da qeyd edim ki, layihənin birinci mərhələsində gənclər öz aktyorluq bacarıqlarını nümayiş etdirəcəklər, dəyərli jürimiz isə onları qiymətləndiriləcək."

Daha sonra əməkdar artist Vəfa Zeynalovaya söz verilib. O gənclərə master-klass keçib. Vəfa Zeynalova həmçinin gənclərə tövsiyyələrini bildirib və gənclərə sevdikləri işlə məşğul olmağı, heç vaxt ruhdan düşməməyi deyib.

Bakı Uşaq Teatrının rəhbəri İntiqam Sultan da öz növbəsində gənclərə məsləhətlər verib: "Düşünürəm ki, bu tip layihələr gənclərimizin inkişafında çox vacibdir. Yaradıcı insanlara belə şərait yaradanlara təşəkkür edirəm. Gənclərə də məsləhətim budur ki, öz üzərlərində daha çox işləsinlər, onlara verilən bu imkandan maksimum istifadə etsinlər".

Osmanlı Film, “İrəli” İctimai Birliyi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası, “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkəti, 19 qrup, 28 Cinema və İlkmedianın birgə təşkilatçılığı ilə həyata keçirilir.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR