Sinoptiklərdən XƏBƏRDARLIQ: Fevralın 17-dən temperatur 12 dərəcə enəcək
Bizi izləyin

Qırmızı.az

Sinoptiklərdən XƏBƏRDARLIQ: Fevralın 17-dən temperatur 12 dərəcə enəcək

Azərbaycan sinoptikləri hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, mülayim hava şəraitindən sonra fevralın 17-dən ikinci ongünlüyün sonuna kimi ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi, şimal küləyinin güclənəcəyi, hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 7-12 dərəcə enəcək. Bakıda da yağıntılı olacağı, şimal küləyinin əsəcəyi gözlənilir.

Fevralın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 15-də hava arabir yağıntılı olacaq. Gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təşkil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm