Yol polisi sürücüdən rüşvəti belə aldı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Yol polisi sürücüdən rüşvəti belə aldı - VİDEO

Oxuculardan biri Avtosfer.az-a yol polisi əməkdaşının sürücüdən rüşvət aldığı əks olunan video göndərib.

Həmin video 11 sentyabr 2014-cu il tarixdə Sahid Mehdizadə adlı şəxs tərəfindən Youtube sosial şəbəkəsində yayılıb. Videodan da göründüy kimi, 6156 nömrəli yol-patrul xidməti avtomobili «Mersedes» markalı avtomobili saxlatdırıb.

Sürücü DYP avtomobilinə yaxınlaşıb və qısa söhbətdən sonra əlini cibinə salan sürücü maşında oturan yol polisi əməkdaşına pul verir və hər iki tərəf öz yoluna davam edir. Hadisənin ən maraqlı tərəfi isə odur ki, yol polisi əməkdaşları günün günorta çağı, yolun ortasında, insanların gözünün qarşısında da bu cür biabırçı hərəkətlərdən çəkinmirlər…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm