İmtahanlarda kimlər sıfır bal toplayıb?
Bizi izləyin

Qırmızı.az

İmtahanlarda kimlər sıfır bal toplayıb?

Qəbul imtahanlarında iştirak edən abituriyentlərin 46.9 faizi imtahan verdikləri fənlərin ən azı birindən sıfır bal toplayıb. Sıfır ballıların faizi IV qrupun kimya fənnindən daha yüksəkdir.

Publika.az-ın məlumatına görə, bu barədə TQDK-nın apardığı araşdırmanın nəticəsində qeyd olunub.

“Abituriyentlər verdikləri fənlərin biri və ya bir neçəsi üzrə test suallarına ya cavab verməyib, ya da cavabı təsadüfi qaydada seçib. Bu abituriyentlərin yanlış cavablarının sayı düzgün cavablardan qat-qat çox olub. Nəticədə qiymət sıfırdan da kiçik olub. Ümumilikdə götürdükdə, ana dili, ədəbiyyat, tarix və Azərbaycan tarixi fənlərindən sıfır bal toplayanların faizi digər fənlərlə nisbətdə azdır. Sıfır bal toplayanlar ən çox fizika, kimya, biologiya, riyaziyyat, ingilis dili fənləri üzrədir. Bu nəticənin əsas səbəbi bir sıra məktəblərdə həmin fənlərin tədrisinə, eləcə də fənlər üzrə qəbula hazırlıq prosesinə laqeyd münasibətin nəticəsidir”.

TQDK-nın hesabatında qeyd olunub ki, imtahan fənləri üzrə sıfır bal toplayan abituriyentlər Azərbaycan bölməsində üstünlük təşkil edir.

“Bu bölmə üzrə I qrupda xarici dil, kimya, riyaziyyat, II və III qruplarda xarici dil və riyaziyyat, IV qrupda riyaziyyat, fizika, kimya və biologiya fənnindən sıfır bal toplayanlar daha çoxdur. Rus bölməsi üzrə daha çox sıfır bal toplayanlar I qruoda riyaziyyat, kimya, II qrupda riyaziyyat və Azərbaycan tarixi, III qrupda riyaziyyat, tarix, IV qrupda biologiya, fizika, kimya fənləridir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm