Ən yüksək nəticəni Bakı və Qax göstərdi
Bizi izləyin

Qırmızı.az

Ən yüksək nəticəni Bakı və Qax göstərdi

Azərbaycanda qəbul imtahanlarının imtahan fənləri üzrə müqayisəsinə əsasən, ötən il (türk liseyləri, Təhsil Nazirliyi tabeli və özəl liseylər istisna olmaqla) Azərbaycan bölməsində Qax rayonu, rus bölməsində isə Bakı şəhəri ən yüksək nəticə göstərib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, Sumqayıt, Qazax, Qəbələ, Salyan, Biləsuvar, Mingəçevir, Göyçayın məktəb məzunları qəbul imtahanlarında stabil olaraq yüksək nəticələr göstərirlər:

“Əlbəttə, bunda həmin şəhərlərdə və rayonlarda dərs deyən müəllimlərin, şəhər və rayon rəhbərliyinin və təhsil şöbəsi işçilərinin mühüm rolu var. Bunun reallaşdırılması isə birinci növbədə təhsil işçilərindən asılıdır. Burada təhsil işinin düzgün qurulması, müəllimlərin işə vicdanlı münasibəti, günün tələblərinə uyğun dərslik və dərs vəsaitlərinin hazırlanması və vaxtlı-vaxtında şagirdlərə çatdırılması mühüm amillərdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm