Bərdədə aşkarlanan 10 ton çürümüş ətin aqibəti
Bizi izləyin

Qırmızı.az

Bərdədə aşkarlanan 10 ton çürümüş ətin aqibəti

Müayinələr Respublika Baytarlıq Laboratoriyasında aparılıb və məlum olub ki, götürülən nümunələr bakterioloji çirklənməyə məruz qalıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin fevralın 14-də keçirdiyi reyd zamanı Bərdə şəhəri, Səməd Vurğun küçəsi, döngə 6, ev 9 ünvanında yaşayan Seyfəddin Novruzovun həyətində aşkar edilən 3 soyuducudan götürülən ət nümunələrinin müayinəsi başa çatıb.

DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin Publika.Az-a verdiyi məlumata görə, müayinələr Respublika Baytarlıq Laboratoriyasında aparılıb və məlum olub ki, götürülən nümunələr bakterioloji çirklənməyə məruz qalıb:

“Eləcə də ətlərin baytarlıq-sanitariya cəhətdən yararsızlığı aşkar edilib. Nümunələrdə iti yoluxucu xəstəliklərin, o cümlədən qarayara xəstəliyinin olmadığı müəyyən olunub. Paytaxta müayinə üçün gətirilən 3109 kq ət akt əsasında Heyvanat Parkına təhvil verilib. Orada daha çox ətin saxlanması üçün soyuducu imkanı olmadığına görə, qalan əti məhv etmək məcburiyyətindəyik. Bunun üçün isə onlar möhürlənib və rayonun Baytarlıq İdarəsi və sahə müvəkkilinə müayinələr başa çatana qədər əraziyə nəzarət edilməsi tapşırılıb”.

Qalan ətin necə zərərsizləşdirilməsinə gəldikdə isə, Y.Xanvəli bu barədə yekun qərarın verilmədiyini dedi:

“Bu işin necə təşkil edilməsi çıxarılacaq qərardan asılıdır. Ola bilər ki, ətlər yandırılsın, yaxud da kimyəvi maddə ilə zərərsizləşdirilib basdırılsın. Qalan ətlərin miqdarının çox olması da, hansı qərarın qəbul edilməsinə təsir edəcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm