Qırmızı.az
Bakının mərkəzi yollarından biri tam bağlanacaq
Təmir işləri ilə bağlı paytaxtın mərkəzi yollarından biri tam bağlanacaq. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
P.Mürsəliyev qeyd edib ki, bu gündən etibarən paytaxtın Dilaarə Əliyeva küçəsinin Keykab Səfərəliyeva küçəsi ilə kəsişməsindən Rəşid Mehbudov küçəsinin kəsişməsinədək olan hissəsində təmir işlərinə start verilib: "Həmin hissədə yolun uzunluğu iki gediş, iki gəliş olmaqla 1370 m, eni 17 m təşkil edir. Köhnə beton bardürlər çıxarılaraq ərazidən daşınır və mərmər bardürlərlə əvəzlənir. Köhnə asfalt-beton örtüyünün qaşınıb çıxarılması işləri gedir. Bardürlər dəyişdirildikdən və asfalt-beton qaşındıqdan sonra yola hissə-hissə yeni asfalt-beton örtüyününü vurulmasına başlanacaq. Hələlik təmir işləri yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılmaqla görülür. Yola yeni asfalt-beton örtüyünün döşənməsinə başladıqda isə yolda nəqliyyatın hərəkət tam dayandırılacaq".
"Azəryolservis"in sözçüsü onu da əlavə edib ki, hava şəraiti imkan verərsə, təmir işləri yaxın günlərdə yekunlaşdırılacaq və yol açılaraq istifadəyə veriləcək.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB