Bakı-Qazax yolunda ağır qəza: 1 ölü
Bizi izləyin

Qırmızı.az

Bakı-Qazax yolunda ağır qəza: 1 ölü

Bakı-Qazax yolunda növbəti ağır qəza baş verib.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı-Qazax avtomobil yolunun 73-cü kilometrliyində “Shacman” markalı 2 yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobillərdən birinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyətı üzrə təhvil veriblər.


Əməliyyat saat 08:49-da başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm