Bakıda maşından silah-sursat tapıldı
Bizi izləyin

Qırmızı.az

Bakıda maşından silah-sursat tapıldı

Avtomobil sahibi saxlanılıb

Bakıda avtomobildən silah-sursat götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Maştağa qəsəbə sakini Ağa Seyid Əli Tarverdiyevin idarə etdiyi "Jeep Grand Cherokee" markalı avtomobildən silah tapıldı.

Belə ki, avtomobildən 12 kalibrli "Etro" markalı ov tüfəngi, ona aid 10 ədəd patron və sandıqçasında 8 edəd patronu olan "Makarov" markalı tapança aşkar edilərək götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm