Oğul qəza törətdi, ana öldü
Bizi izləyin

Qırmızı.az

Oğul qəza törətdi, ana öldü

Ötən gün Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərinin Sabunçu rayonu ərazisində ağır yol qəzası baş verib. Sabunçu Rayon Polis İdarəsinin növbətçi hissəsindən verilən məlumata görə, sürücü Abbas Mirzəliyevin idarə etməni itirərək avtomobilini divara çırpıb.

Qeyd edək ki, sürücünün idarə etdiyi avtomobil “Nissan” markalı avtomobil olub. Qəza zamanı avtomobildə sürücünün ailə üzvləri olub.

Nəticədə isə, sürücünün anası Balaxanım Mirzəliyeva hadisə yerindəcə keçinib. Sürücü və onun övladları: 12 yaşlı oğlu Nəcəf və 13 yaşlı qızı Bəyim xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Odər Qəni

Oxumağa davam et
Reklam
Reklam

Gündəm